Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2025 15:49
VI İslam Həmrəyliyi Oyunlarına millimiz qələbə ilə başlayıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib. Faiq Qarayevin baş məşqçisi olduğu yığmamız İran seçməsi ilə qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
- Baxış: 58
