Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2025 10:23
Respublika fənn olimpiadalarına qeydiyyat başladı
Bu gün saat 10:00-dan etibarən respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyata start verilib. Qeydiyyat prosesi 18 noyabr saat 12:00-dək davam edəcək. Şagirdlər portal.edu.az üzərindən “Müsabiqə və olimpiadalar” bölməsində qeydiyyatdan keçə bilərlər. Olimpiadalar riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix fənləri üzrə keçiriləcək. Məqsəd istedadlı şagirdləri müəyyənləşdirmək və onların potensialının inkişafına dəstək göstərməkdir.
- Baxış: 66
