Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.11.2025 15:54

Qusarda kənd sakinlərindən hədə-qorxu yolu ilə rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hil meşəbəyliyində çalışan meşə gözətçisi Zahid Abuyevin qanunsuz əməlləri ilə bağlı Qusar prokurorluğunda cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Abuyev 2016–2025-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd sakinlərindən hədə-qorxu yolu ilə pul və digər maddi vəsaitlər alıb. O, təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.