Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.10.2025 10:19
Azərbaycanda akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilana səfəri başlayır
Prezident İlham Əliyevin tapşırığına əsasən, bu gündən ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayır. Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur. Diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olacaqlar. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində uğurla icra olunan layihələr, regionun strateji əhəmiyyətini artıran Zəngəzur dəhlizi layihəsi barədə məlumat əldə edəcək, Ağbənd qəsəbəsi ərazisindəki dəmir və avtomobil yolları ilə bağlı görülən işlərlə yerində tanış olacaqlar.
- Baxış: 64
