Bir gecədə dörd qəza: ölən və yaralananlar var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1996-cı il təvəllüdlü Pərvin Şükürovun idarə etdiyi "Renault" markalı avtomobil yolu keçən piyada, 1989-cu il təvəllüdlü Könül Məmmədovanı vuraraq öldürüb. Paytaxtda daha bir piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 2002-ci təvəllüdlü Seyfulla Mehdizadə idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə piyada - 1988-ci il təvəllüdlü Vlada Axundovanı vuraraq öldürüb.
Şirvanda iki avtomobilin toqquşması nəticəsində sürücü Miri Abbasov ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Beyləqanda isə “Mercedes” və “KİA” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlardan 3-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə ötmə və manevr qaydalarına ciddi riayət etməyi, diqqətli olmağı və sürət həddini aşmamağı tövsiyə edir.
- Baxış: 60
