Bu günə xəbərlərin oxunma sayı: 666
—
30.10.2025 11:53
Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyin olunub
Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı həyata keçirilib. Bu vəzifəyə Samirə Kazımova təyin edilib. O, buna qədər Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub. Şəmkir Regional Xəstəxanasında Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları da daxil olmaqla, ümumilikdə 2 şəhər və 9 rayon üzrə vətəndaşlara tibbi xidmətlər göstərilir.
- Baxış: 42
