Prezident İlham Əliyev BƏƏ və Rumıniyanın nümayəndə heyətini qəbul edib
Oktyabrın 29-da Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Saqr Qobaş Azərbaycanın inkişafını və konstitusional dəyərlərə sadiqliyini yüksək qiymətləndirib. Prezident İlham Əliyev BƏƏ ilə strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Görüşdə regionda sülh prosesi, nəqliyyat əlaqələrinin genişləndirilməsi və “Masdar” şirkətinin bərpaolunan enerji layihələri müzakirə olunub.
Prezident İlham Əliyev dünən Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı da qəbul edib. Mirça Abrudean Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması münasibətilə dövlət başçısını təbrik edərək, bunun regionda sülh və inkişaf üçün mühüm addım olduğunu bildirib. Prezident İlham Əliyev sülh prosesində ABŞ Prezidenti Donald Trampın rolunu qeyd edib və əldə olunan nəticələrin tarixi əhəmiyyətini vurğulayıb. Görüşdə Azərbaycan-Rumıniya münasibətləri, parlamentlərarası əməkdaşlıq, eləcə də Qara dəniz vasitəsilə elektrik kabeli layihəsinin həyata keçirilməsi müzakirə olunub.
- Baxış: 43

