Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.10.2025 10:15

BDYPİ: Yağışlı hava şəraitində sürücülər və piyadalar daha diqqətli olmalıdır

Ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yollarda hərəkət üçün çətinliklər yaradır. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri sürət həddini azaltmağa, ara məsafəsini qorumağa və avtomobillərinin texniki sazlığını yoxlamağa çağırır. Piyadalara isə yalnız piyada keçidlərindən istifadə etmək, açıq rəngli geyimlər geyinmək və yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin tam dayandığına əmin olmaq tövsiyə olunur.