Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.10.2025 11:42

Gəncədəki tərbiyəçi-müəllimlərin nəzərinə!

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Müsahibədə iştirak etmək istəyən, 2025-ci ildə müsabiqənin test mərhələsində iştirak etmiş, 40 və daha yuxarı bal toplamış namizədlər 29 oktyabr 2025-ci il saat 11:00 tarixindən 04 noyabr 2025-ci il, saat 17:00-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcək.