Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.10.2025 11:36

Türkiyə Cümhuriyyəti 102 yaşını qeyd edir

Bu gün Türkiyə Cümhuriyyətinin elanının 102 ili qeyd olunur. 1923-cü il oktyabrın 29-da Qazi Mustafa Kamal Atatürk “Suverenlik qeyd-şərtsiz millətə məxsusdur” sözləri ilə Cümhuriyyəti elan edib və ölkənin ilk prezidenti seçilib. Son yüz ildə Türkiyə təhsil, sənaye və mədəniyyət sahələrində böyük inkişaf yolu keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım ediblər.