Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.10.2025 10:01

Ağdamın kəndlərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Ağdərənin Həsənriz və Ağdamın Xıdırlı kəndlərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı oktyabrın 29-da yola salınıb. Bu mərhələdə Ağdamın Xıdırlı kəndinə 91 ailə - 366 nəfər, Ağdərənin Həsənriz kəndinə isə 17 ailə - 83 nəfər köçürülüb.