Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.10.2025 17:32
İlham Əliyev Cəbrayıl rayonununda Günəş Elektrik stansiyalarının təməlini qoyub
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şahvəlli kəndində hər biri 50 meqavat gücündə olan “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoyub. Stansiyalarda ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da 44 milyon kubmetr təbii qaza qənaət və 96 min ton az emissiya deməkdir. Yeni layihələr Cəbrayılın və ümumilikdə Şərqi Zəngəzurun “yaşıl enerji” mərkəzinə çevrilməsinə mühüm töhfə verəcək.
- Baxış: 32
