Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.10.2025 17:31
Gəncədə könüllü qanvermə aksiyası keçirilib
Gəncədə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyası keçirilib. Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən təşkil olunan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və digər rəsmilər iştirak ediblər. Aksiyanın məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsinə dəstək göstərmək və könüllü donorluğu təşviq etməkdir.
- Baxış: 27
