Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.10.2025 15:41

İlham Əliyev İmişlidə arpa emalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev İmişli rayonunda “Promalt” MMC-nin arpa emalı müəssisəsinin açılışında iştirak edib. Müəssisədə pivə istehsalında istifadə olunan malt İsveçrənin “Bühler GmbH” texnologiyası ilə tam avtomatlaşdırılmış şəkildə istehsal ediləcək. Yeni müəssisə Cənubi Qafqazda pivəlik arpa emalı üzrə ilk ixtisaslaşmış istehsal obyekti olmaqla 47 nəfərə məşğulluq imkanı yaradacaq.