Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.10.2025 15:46

Qarğabazar karvansarayı bərpa ediləcək

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa edilməsi nəzərdə tutulur. Füzuli şəhərindən 8 kilometr cənubda yerləşən Qarğabazar karvansarayının eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Bu tarixi abidəyə bəzən "Şah Abbas karvansarayı" da deyirlər.