Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.10.2025 15:34

İlham Əliyev Yaqub Eyyubovu "İstiqlal" ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Baş nazirin birinci müavini Yaqub Eyyubovu "İstiqlal" ordeni ilə təltif edib. Dövlət başçısı ordeni təqdim edərkən onun ölkənin sosial-iqtisadi inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. Təltifetmə mərasimində Yaqub Eyyubov Prezidentə minnətdarlığını bildirərək deyib:
"Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Bütün xalq Sizinlə qürur duyur."