Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.10.2025 15:33

Azərbaycan Konstitusiyasının 30 illiyi ilə bağlı yubiley medalı təsis edilib

"Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubiley medalı təsis edilib. Prezident İlham Əliyev yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. Yubiley medalı ilə Azərbaycan Konstitusiyasının hazırlanmasına,  təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif ediləcəklər.