Prezident Tokayev: "Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir"

Astanada Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ali Dövlətlərarası Şuranın ikinci iclasında iştirak edib. Prezident Tokayev çıxışında deyib: “Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs və uyğun mentalitet birləşdirir.” Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Ermənistan arasında Vaşinqton sazişlərinin tarixi əhəmiyyətini qeyd edib. Sazişin Azərbaycanın və xalqın xüsusi mövqeyini əks etdirdiyini vurğulayıb.Prezident İlham Əliyev isə vurğulayıb: “Torpaqlarımızın işğal altında olduğu uzun illər ərzində Qazaxıstan ardıcıl olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Biz bu dəstəyi həmişə hiss etmişik və buna görə çox minnətdarıq.” Dövlət başçısı onu da bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.İlham Əliyev Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında bildirib ki, Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. O qeyd edib: “Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq və ümid edirik ki, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər.”
- Baxış: 65