Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.10.2025 14:01

Astanada “Orta Dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib

Astanada  Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Orta Dəhliz, Çin və Orta Asiyanı Avropa ilə birləşdirən əsas nəqliyyat-marşrutudur və regional ticarətdə strateji rol oynayır. Proqnozlara görə, Çindən Azərbaycana daşımalar 2030-cu ilədək hazırkı səviyyədən üç dəfə çoxalacaq, bu isə layihənin əhəmiyyətini daha da artırır.