Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.10.2025 11:44

İlham Əliyev Qazaxıstan Prezidenti ilə görüşüb

Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşüb. Prezident İlham Əliyev çıxışında deyib: “Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik”. Prezident Tokayev  isə çıxışında deyib: “Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir”. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın inkişafı müzakirə olunub.