Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.10.2025 10:12
Sahibə Qafarova Cenevrədə itkin düşmüş şəxslərin taleyinə diqqət çəkib

Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşayıb. Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyasındakı çıxışında deyib. Sahibə Qafarova həmçinin bildirib ki, ərazilərimizin minalarla çirklənməsi insanların həyatına təhdid yaradır və bərpa işlərini ləngidir. O vurğulayıb ki, 2020-ci ildən bu günə qədər minalardan 400-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Sahibə Qafarova qeyd edib ki, minatəmizləmə fəaliyyəti ölkəmiz üçün təkcə təhlükəsizlik tədbiri deyil, həm də ətraf mühitin bərpası aktıdır. Spiker çıxışında, həmçinin, 4000-ə yaxın azərbaycanlının itkin düşməsi məsələsini beynəlxalq humanitar problem kimi diqqətə çatdırıb.
- Baxış: 64