Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.10.2025 15:34

AQTA 2-5 yaş arasında uşaqların qidalanması ilə bağlı məlumat yayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 2–5 yaşlı uşaqların qidalanması ilə bağlı vacib çağırış edib. Qurum bildirir ki, bu dövr uşaqlarda düzgün qidalanma vərdişlərinin formalaşması üçün həlledicidir. Sağlam qidalanma anemiya, artıq çəki, şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır. AQTA valideynləri uşaqların qida seçiminə diqqətlə yanaşmağa çağırır.