Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.10.2025 10:08

Zəngilanın azad edilməsindən 5 il ötür

Bu gün Zəngilanın azad edilməsindən beş il ötür. 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin işğaldan azad olunduğunu açıqlayıb. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayonun "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi ilə başladı.