Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.10.2025 15:48

Qarabağda ictimai nəqliyyat sistemi qurulur

Qarabağ iqtisadi rayonunun dörd şəhərində ictimai nəqliyyat sisteminin yaradılması planlaşdırılır. Bu barədə Yerüstü Nəqliyyat Agentliyinin departament rəhbəri Fuad Cəfərli III Milli Şəhərsalma Forumunda məlumat verib. Onun sözlərinə görə, layihənin 2025–2026-cı illəri əhatə edən birinci mərhələsi demək olar ki, tamamlanıb. Gələn ilin əvvəlində region üçün 14 yeni avtobus istehsal olunacaq, Laçında isə sərnişin və turizm məqsədli kanat yolunun tikintisi nəzərdə tutulur.