• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.10.2025 15:43

Taksi ilə sərnişin daşımaq üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər qoyulub

Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib.Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri  qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək.Qərar noyabrın 1-dən qüvvəyə minir və qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixə qədər qüvvədədir.