
Paris-2024 Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançılarının yararsız hala düşən medalları 2026-cı ilin fevralında dəyişdiriləcək. Bu barədə məlumatı Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev verib. O bildirib ki, məsələ ilə bağlı MOK ilin əvvəlində Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib və artıq dəyişdirmə prosesi üçün hazırlıqlar gedir. Qeyd edək ki, medal qazanan yeddi idmançımızdan beşinin mükafatı keyfiyyətini itirib.
- Baxış: 46