
Xocavəndin Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evdən 2 "Kalaşnikov" avtomatı, 1 ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb. Şəxsin qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 41