Bu günə xəbərlərin oxunma sayı: 666
—
10.10.2025 11:46
Gəncədə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Gəncədə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək. Bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək. Proqram çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.
- Baxış: 137