
Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən 33 yaşlı Vüsal Quliyev saxlanılıb. Müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 133