
Baş Dövlət Yol Polisi İdarəsi piyadaları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Qurumun məlumatına görə, piyadaların qəfil yola çıxması, yolu icazəsiz yerlərdən keçməsi və zolaqlarda ləngiməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb olur. Piyadalardan xahiş olunur ki, yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçsinlər, hərəkət edən nəqliyyat vasitələrinə diqqət etsinlər və təhlükəsizliyə laqeyd yanaşmasınlar.
- Baxış: 73