
“Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib”. Bunu hazırda Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir vurğulayıb ki, təşkilat üzvləri arasında qardaşlıq və qarşılıqlı etimada söykənən münasibətlər gələcəyə ümidlə baxmağa əsas yaradır.
- Baxış: 64