
Dövlət Turizm Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə kənd qonaq evlərinin avadanlıqlarla təmin olunmasını nəzərdə tutan “Turistik Kənd” layihəsinə start verilib. Layihə çərçivəsində kənd turizminin inkişafı, yerli icmaların rifahının yaxşılaşdırılması hədəflənir. İlkin olaraq Qusarın Ləzə, Qaxın İlisu və Sarıbaş kəndlərində 20 qonaq evi aqroturizm zərfi üzrə avadanlıqla təmin olunacaq. Layihə Prezidentin 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına uyğun həyata keçirilir.
- Baxış: 115