• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 02.10.2025 17:10

Keçmiş məhkumdan narkotik aşkarlanıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı nəticəsində İran vətəndaşları ilə əlaqədə olan əvvəllər məhkum olunmuş 46 yaşlı Arif Yusifov saxlanılıb. Onun üzərindən 20 kiloqram çəkisində, tərkibində zərərli maddələr əlavə olunmuş marixuana aşkar edilib. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs paytaxt ərazisində narkotik vasitələrin satışını və yayılmasını təşkil edərək maddi qazanc əldə edib. Faktla bağlı cinayət işi başlanıb.