• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 02.10.2025 13:45

İrandan Azərbaycana 15 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) ilə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı birgə məlumata əsasən Dövlət Sərhəd Xidmətinin "Horadiz" sərhəd  ərazisində İrandan Azərbaycan  istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Keçirilən əməliyyatla ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə marixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.