Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.09.2025 11:46

Azərbaycanın III MDB Oyunlarındakı bayraqdarları müəyyənləşib

III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib. Sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək III MDB Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını Avropa çempionları- karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.