Bu günə xəbərlərin oxunma sayı: 666
—
25.09.2025 13:38
Bakıdan Ağdama müntəzəm avtobus reysi fəaliyyətə başlayır
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir. Sentyabrın 26-dan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:50-də yola düşəcək avtobusların son dayanacaq məntəqəsi Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Marşrut xətti üzrə aralıq məntəqə olaraq Quzanlı qəsəbəsi təyin edilib. Əks istiqamətdə isə saat 08:00-də yola düşəcək. Gediş haqqı 13,90 AZN təşkil edir.
- Baxış: 101
