• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.09.2025 15:41

Astara gömrüyündə 29 kiloqramdan artıq marixuana ələ keçirildi

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin ölkə ərazisindən keçirilməsinin qarşısını alıblar. “Cənub Astara” gömrük postunda İrandan Rusiyaya kahı yükü aparan nəqliyyat vasitəsi yoxlanılıb. Rentgen və kinoloji xidmət itinin köməyi ilə aparılan əməliyyat nəticəsində kahı yeşiklərinin arasında gizlədilmiş, ümumi çəkisi 29 kiloqramdan artıq marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Faktla bağlı araşdırma aparılır.