• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.09.2025 11:56

Göyçayda qadına qarşı cinayətdə şübhəli bilinib ölkədən qaçan şəxs tutulub

Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23300 manat pulu, eləcə də 2200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib. Polisin keçirdikləri əməliyyatla oğrunun 40 yaşlı Ceyhun Əsgərov olduğu və hadisəni törətdikdən sonra onun Rusiyaya qaçdığı müəyyən edilib. O saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.