
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsində məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən plastik vedrənin içərisində xüsusi üsulla gizlədilmiş 5 ədəd mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı, 1 ədəd qulaqcıq və 1 ədəd bıçaq aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 121