Gəncədə müvəqqəti məskunlaşan Kəlbəcər sakinləri də səsvermə hüququndan istifadə edir. 123 saylı Kəlbəcər Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə üçün bütün imkanlar yaradılıb. 1463 nəfər seçici sayı olan məntəqədə 22 nəfərin yaşı 18-i tamamladığından ilk dəfə seçkilərdə iştirak edib. Məntəqədə seçki prosesini veb-kamera vasitəsilə də canlı izləmək mümkündür. Səsvermə başlayandan seçki ilə bağlı hər hansı neqativ hal yaşanmayıb.
Azad Əsgərov- 123 saylı DSK-nın 13 saylı MnSK-nın sədri: “Gördüyünüz kimi, seçkimiz çox şəffaf keçir. İndiyə qədər 320-330 nəfərdən çox vətəndaşımız səs verib. Heç bir qayda pozuntusu yoxdur, hər şey şəffaf, hər şey qaydasındadır”.
Yeganə Paşayeva- məşvərətçi: “Seçkilər azad və şəffaf keçirilir. Heç bir müdaxilə olunmadan vətəndaşlar gəlir, istədiyi namizədə şəffaf halda səs verib, gedirlər”.
Novruz Sadıqov- seçici: “Seçkilərdə mən də iştirak etdim. Özümün 70 yaşım var, namizədimizə səs verdim. Çox fəallıqla seçkilər getdi. Yaxşı, bəyəndim”.
Aslan Ələkbərov- seçici: “Hamı kimi mən də gəldim, səs verdim. Çox şəffaf keçdi. Heç bir qanun pozuntusu görmədim”.
Əfruz Hacıyeva- seçici: “Gəldim, bu gün çox fəal iştirak etdim. Çox sakit, çox şəffaf. Durğunluq şəraitində seçki keçdi”.
- Baxış: 282