• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 28.08.2024 17:53

Tələbələrin kirayə ev problemi

KepezTV Player

Tədris ili başlayana yaxın bölgələrdən olan tələbələr üçün təhsildən öncə kirayəyə yer tapmaq məsələsi öndə gəlir. Hər il  Gəncədə yüzlərlə ev tələbələr tərəfindən kirayələnir. Bu da əmlak bazarında müəyyən qədər canlanmaya,qiymət dəyişikliyinə səbəb olur. Lakin ev axtarışında olan tələbələrin valideynləri kirayə tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Onların sözlərinə görə, normal şəraitli evlərin qiyməti yüksəkdir.

Tahirə Kazımova - valideyn : Çox bahadır kirayə 300 manat 350 manat. İndi 4 nəfər olduqda yüz-yüz verirlər. Amma işıq,qaz,su,internet,bu tələbə neynəsin.Hələ yeməyi də bahalanıb.Anası nə qədər ona kirayə pulu göndərsin.

Tahir Məmmədov - valideyn : Mən özüm kənddə oluram.Amma gəlmişəm görürəm  . Mənim kimi axtaranları da görürəm. Elə ev var ki deyir gedin 2 nəfər, 3 nəfər qalın, hər bir şəraiti var.Elə ev də var ki şəraitsizdir.

Oğlan tələbələri qayğılandıran digər məsələ ev sahiblərinin onlara müxtəlif səbəblərdən  yaşayış yerini kirayə verməkdən boyun qaçırmasıdır. Belə olduqda tələbələrin ev axtarışları daha da çətinləşir.

Sübhan Həsənov - tələbə : Qazax şəhərindən gəlmişik ev tapmağa. ADAU- ya qəbul olmuşam bu il 190 balla.Gəlmişik tədris ili başlamamışdan ev tapmağa.O da oğlan tələbələri eşidən kimi verilmir ev. Qiymətlər də  eləsi var baha deyir, eləsi var normaldır.

Məhəmməd Abdullayev - tələbə : ADAU- nə qəbul olmuşam. Tədris  ili başlamamışdan hardasa bir yarım ay qabaq gəlmişik ki  ev tapaq.Evlərə də baxdıqda ya qiymətləri bahadı, ya da oğlan uşaqlarına ev vermirlər.Sıbıbini təxmin etmək olur. Amma nə qədər axtarırıq ev tapmamışıq hələki görək nə olacaq. Qazaxdan gəlmişik.

Daşınmaz əmlak bazarında çalışanlardan əldə etdiyimiz məlumata görə, yerindən asılı olaraq, evlərin qiymətində təxminən 50-100 manat bahalaşma müşahidə olunur. Qiymət artımı daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə və şəhərin mərkəzi hissələrində olan evlərdə özünü göstərir.

Ceyhun Muğalov - rieltor : Tələbə axını çox olmasına rəğmən evlərdə qiymət artımı müşahidə olunur. Ev tapmaqda tələbələr çətinlik  çəkir. Ən çox qız tələbələrə verilir ev. Yəni oğlan tələbələrə ümumiyyətlə ev vermək istəmirlər. Ən aşağı kirayə 250 manatdan başlayır.Görürlər elə tələbədir, baha verirlər.350-yə , 400-ə bax belə.

Elmir Sadıxov - rieltor : Biz tələbələrlə görüşəndə, onlara ev verəndə ən çox şikayət edirlərki ev qıtlığıdı, tapılmır , ikinci  növbədə evlər bahadır. Çox bahalaşıb.Biz özümüz də əziyyət çəkirik ki tələbə oğlanlara kirayə ev verilmir, tapa bilmirik.200 manata  bu dqəqiqə olan kirayə evlər indi olub  minimum 250,300,350 hətta 400 manata yaxın olan evlər var.

Ötən ilin iyul  ayı ilə müqayisədə mənzil bazarında qiymətlər 6%-dən çox artıb. Bu ay isə kirayə mənzillərin qiymətində 10%- ə yaxın artım müşahidə edilir.

Elnur Fərzəliyev - əmlak məsələləri üzrə ekspert : Ölkənin  ən böyük şəhərlərindən biri olan Gəncə şəhərində 3 böyük ali təhsil müəssisəsi var ki onların ikisinin yataqxanası olsa da ATU – nun yataqxanasının olmaması səbəbindən  həmin ali təhsil müəssisəsində təhsil alan tələbələr  ciddi şəkildə mənzil problemi ilə üzləşirlər.GƏncədəki daşınmaz əmlakdakı satış qiyməıtlərinin artması bilavasitə onların kirayə qiymətlərinin artması ilə nəticələnir və  bu səbəbdən tələbələrin böyük bir hissəsi şəhərin  mərkəz ərazilərindən mənzil tapa bilmədiklərindən  məvburən  kənar ərazilərə üz tuturlarki bu da onların gün ərzində müəyyən vaxt  itkisinə səbəb olur. Həmçinin qiymətlərin baha olması tələbələrin əvvəlki illərdəki kimi kirayə mənzil tapa bilməməsi ilə nəticələnir.

Ekspertlərin sözlərinə görə tələbələr üçün xüsusi yataqxanaların sayının artırılması, yaxud mövcud yataqxanaların şəraitinin yaxşılaşdırılması kimi tədbirlər mənzil bazarındakı gərginliyi azalda bilər. Bu həm də valideynlər üçün bir rahatlıq gətirər və tələbələrin təhsil mühitində daha da effektiv olmalarına imkan yaradar. Sentyabr ayının sonuna kimi kirayə mənzil bazarında qiymətlərin belə qalacağı proqnozlaşdırılır. Daha sonra  kirayə mənzillərin yenidən qiymətlərinin düşməsi ehtimalı var.