• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 26.08.2024 20:05

Yol qəzasında 3 nəfər ölüb

KepezTV Player

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. “Renault Megane” markalı minik maşını “KamAZ” markalı yük avtomobilinin arxasına çırpılıb. Qəza zamanı 3 nəfər ölüb. 1991-ci il təvəllüdlü Əvəz Əliyev, 1968-ci il təvəllüdlü Y.Qasımova və 1967-ci il təvəllüdlü A.Verdiyeva soyadlı şəxslər həyatlarını itiriblər.