Gəncədə Mir Cəlal Paşayev adına 39 №-li tam orta məktəbin 11a və 11b siniflərini bitirən bütün şagirdlər tələbə olub. Qəbul imtahanlarında uğurlu nəticə göstərənlər müxtəlif ali təhsil müəssisəsinə qəbul olublar. Şagirdlərdən 30 nəfərə yaxını 500, 10 nəfəri isə 600-dən yüksək bal toplayıb.
Nuray Hüseynova - tələbə : Mən 697 balla Azərbaycan Tibb Universitetinə saxil odum.Elə uşaqlıqdan bəri tibb universitetinə daxil olmaq istəyirdim. Buna görə də dayanmadan çalışırdım və qarşıma məqsəd qoymuşdumki yüksək balla daxil olum.Bu gün mən həmin universitetə daxil olmuşam. Həmçinin prezident təqaütçüsüyəm. Qeyd etmək istəyirəmki məktəbi qızıl nişanla bitirmişəm Universitetə də qızıl nişanlı tələbə kimi başlayacam.
İsmət Ələkbərov - tələbə : 600 balla ADAU-ya daxil olmuşam. Uşaqlıqdan bəri məqsədim 600 balı keçmək idi və buna nail oldum.Bu uğurumu valideynlərimə müəllimlərimə borcluyam.Tələbə adını qazanan bütün yoldaşlarımı təbrik edirəm.
Rəsul İsmayılov - tələbə : 674 balla BDU-nun tədris ingilis dilində hüquq ixtisasına qəbul olundumBu mənim uşaqlıq arzum olumb və uşaqlıqdan bəri arzulamışamki 600 balı keçim. Buna da nail oldum və BDU ya qəbul olundum.
Məktəbin məzunlarından bu il yeni fəaliyyətə başlayan Qarabağ Universitetinə də seçim edənlər var. Onların sözlərinə görə işğaldan azad olunmuş ərazilərdə yaradılan universitetin ilk tələbələri olmaq qürurverici hissdir.
İlknur Qasımov - tələbə : Təbii ki asan olmadı, bu heçkimdə asan olmur.Qızğın günlərimiz oldu.Məqsədimə nail ola bildim. Məqsədim əvvəlcədən də hüquqşünaslıq ixtisası idi. Qəbul imtahanlarında 657 bal topladım və Qarabağ universitetinə qəbul oldum.Orda da hüquqşünaslıq ixtisası üzrə təhsil alacam.
Ləman Nəsibova - tələbə : 587 bal ilə Qarabağ universitetin riyaziyyat müəllimliyi ixtisasına qəbul olmuşam. Müəllimlik mənə görə şərəfli peşədir. Buna görə Müəllimlik peşasini seçmişəm, həmçinin Qarabağ Univerditetində təhsil almağım mənə çox yaxşı təsir etdi . Eşitdimki bu universitetdə təhsil alaccam.Arzum budur ki 4 ildə həm özümün həm də Qarabağı inkişaf etdirərəm.
Bu il məktəbin 182 məzunu olub. Onlardan 145 nəfər ali məktəbə sənəd verib və 120-nəfəri tələbə adını qazanıb. Abituriyentlərin yüksək nəticə göstərməsi təbii ki, müəllimləri də sevindirməyə bilməz.
Gözəl İbrahimova - direktor müavini : Məzunlarımızın yüksək nəticələri hər birimizi sevindirir, qürurlandırır.Təbii ki bunların yüksək nəticə göstərməsi 1-2 ilin zəhməti deyil. İbtidai sinifdən bu günə kimi şagirdlərimizin, müəllimlərimizin zəhmətidir ki məzunlarımız bu cür yüksək ballar toplayıb.Şagirdlərimizin bütün uğurları, nəaliyyətləri ilə biz hər zaman qürur duyuruq, fəxr edirik, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.
Xəqani Hüseynov - müəllim : Özümüzün sevincimizin həddi hüdudu yocdur ki uşaqlar bu gün çəkdikləri əziyyətləri yerdə qalmadı.Çalışdılar, bu günkü gündə də şükürlər olsun ki hər birinin üzü gülür.Biz də onlıarla bərabər sevinclərini yaşayırıq.
Ötən ilə nisbətən bu il məktəbin məzunlarının 80%-i qəbul imtahanlarında uğurlu nəticə göstərib. Məktəbin direktoru bunu müəllim, şagird, valideyn uçbucağının düzgün təşkilində, faəliyyətində görür.
Nizami Rzayev - 39 №-li məktəbin direktoru : Hər il artıq bizim məktəbdə bu ənənə halını almışdır.Ötən tədris ilində olduğu kimi bu tədris ilində də məktəbimizin 2 sinifinin bütün şagirdləri 100% ali məktəbə qəbul olub. Məzunlarımızdan Hüseynova Nuray respublika fənn olimpiadasının qalibi olduğu üçün məktəbi qızıl medulla bitirmişdir.Xatırladım ki Gəncə-Daşkəsən Regionaı Təhsil idarəsi üzrə məktəbi qızıl medulla bitirən yeganə şagird olmuşdur.
Yeri gəlmişkən,məktəbin builki məzunu Nuray Hüseynova 4-cu qrup üzrə 697 bal toplayaraq respublikada ən yüksək nəticə göstərən şagird adını qazanıb. 39 nömrəli məktəblə yanaşı Gəncədə Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin 11 A sinifinin bütün şagirdləri də tələbə adını qazananlardandır.
- Baxış: 266