• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1092
— 26.08.2024 19:16

“Heydər Əliyev fondu və Gəncə”

KepezTV Player

Gəncədə “Heydər Əliyev fondu və Gəncə” adlı tədbir keçirilib. Fondun 20 illik yubileyinə həsr olunan yığıncaqda şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Çıxış edənlər Heydər Əliyev fondunun ölkədə çox sayda layihələrin, tədbirlərin, festivalların həyata keçirilməsində mühüm rol oynadığını qeyd ediblər. Fondun prezidenti Mehriban Əliyevanın ayrı-ayrı şəhər və rayonlarda, həmçinin Gəncədə kifayət qədər önəmli işlərə imza atdığı diqqətə çatdırılıb. Daha sonra Heydər Əliyev fondunun fəaliyyətini əks etdirən videoçarx izlənilib. Ardınca Mehriban xanım Əliyeva: humanizm və xeyriyyəçiliyin hamisi” adlı kitabın təqdimatı olub. AMEA-nın Gəncə bölməsinin rəyasət heyətinin qərarı əsasında hazırlanan monoqrafiyada ölkənin birinci xanımının elm, təhsil, mədəniyyət, ekologiya sahəsində, həmçinin milli mənəvi dəyərlərin qorunub saxlanmasında həyata keçirdiyi işlər öz əksini tapıb. Tədbirin sonunda muğam ansamblının ifasındakı musiqilər xoş əhval ruhiyyə yaradıb.