• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1820
— 22.08.2024 19:11

Aylıq internet paketlərinin sürəti və qiymətləri artırılıb

KepezTV Player

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Artıq bir çox istifadəçi yeni tarifə görə ödəniş edir. Sakinlərin sözlərinə görə yenilənən tarifdə qiymət artsa da internetin sürəti eyni olaraq qalır. Yəni qiymət artımı ilə sürət artımı arasında adekvat bir balansın olmaması narazılığa səbəb olur.

İdris Mustafayev - sakin : Sürətdən əlbəttə ki  narazıyam. Sürət əvvəlki qaydadakı kimidir.Qiymətlər də qalxıb  amma sürət köhnə qaydadakı kimi qalıb.

Həsən Əsədov - sakin : Əvvəl 15 ödəyirdik, indi 25.Sürəti də bilmirik qalxacaqmı ya yox .Hələlik razıyıq. İnşallah gələcəkdə  gözləyirik ki sürət qalxsın.

Ramin Əhmədov - sakin : Həryerdəki kimi  bizdə də internet paketində qiymət qalxdı və bu internet sürətinə heç bir təsir etmədi.Əvvəl 18 manat ödəyirdim indi 25. Sürət də yoxdur, yəni heç bir artım yoxdur.

Ruslan Həsənov - sakin : 18 manat idi əvvəl  .25 manat ödəyirik. Biz gözləyirdikki aşağı düşə . İndi qiymətlər  qalxıb,  Keyfiyyət də aşağıdı.

Babək Abdullazadə - sakin : Təzə çəkilən internetlərdə əvvəlcə yaxşı olur,SOnra özləri avtomatik olaraq 1,2 aydan  sonra yavaşladırlarki qiyməti artırasan.Ən zəif internet paketinin də qiyməıtinin artması, gettikcə sürətinin də zəifləməsi normal bir şey deyil.Keyfiyyəti qalsa yenə yaxşı olar. Keyfiyyət də azalanda pis olur.

İnternet provayderlərindən aldığımız məlumata görə təklif etdikləri paketlər artıq əhalinin yüksək sürətli internetdən istifadə etməsinə xidmət edir. Yəni artıq heç yerdə zəif internet sürəti olmayacaq.. Əhaliyə təklif olunan minimum internet paketinin standart sürət qiyməti isə azaldılıb.

Qaşqay Tağılı - internet provayder şirkətinin rəsmisi : Bu ilin  avqust ayından fiberoptik internet xidmətlərinin sürətinin minimal paket üzrə 100 meqabitə qədər artırılması nəzərə alınmışdır. Bundan əlavə təqdim  olunacaq yeni paketlər və tariflər endirilmişdir.Belə ki 5  avqust 2024-cü il tarixədək həmin paketin  tariff paketi 50 manat olsa da həmin  tarixdən sonra isə bu məbləğ 25 manata dək endirilmişdir. Göründüyü kimi  şirkət olaraq göstərdiyimiz xidmətin keyfiyyətini  qiymət artımı etmədən yüksəldilməsinə nail olmuşuq.  Bundan başqa daim əhalinin həssas təbəqəsi üçün müxtəlif endirimlər və güzəştlər  həyata keçirilir.

Provayderlərin qiymətlərinə nəzər saldıqda görürük ki,  qiymətlər standartdır. Sadəcə, internet texnologiyası, standart routerlər  dəyişir və optik internetə keçir deyə  qiymətlərin də avtomatik olaraq artması normal qəbul edilir.

Alidə Mustafayeva - Telefon bağlantısı : Yeni sürət tariflərində  abunəçilər üçün minimal sürət 100 mbit saniyədən başlayacaq  və hər mbit saniyə üçün ödənişlər  45 qəpikdən 25 qəpiyə endiriləcək.Belə ki abunəçilərə  100 meqabit saniyə üçün 25 manat,15 üçün 30 manat, 250mbi üçün 36 manat qiymət təklif ediləcək.

Fiziki şəxslər üçün kabel televiziya  internet paketlərinin  qiyməti 25 AZN, “İnternet + TV” paketinin qiyməti 31 AZN, “İnternet + TV + Telefon” xidmətinin qiyməti isə 33 AZN təşkil edir. Dəyişikliklər sosialyönümlü və güzəştli paketlərə şamil edilmir.