• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1906
— 22.08.2024 18:55

Prezident bir qrup hərbi qulluqçuları təltif edib

KepezTV Player

Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif olunub. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən,xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Prezidentin Təhlükəsizlik Xidmətinin bir sıra hərbi qulluqçusu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni,“Vətən uğrunda”,“İgidliyə görə” və“Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar. Digər bir sərəncamla, dövlət başçısı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularını təltif edib. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə,Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,“Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə mükafatlandırılıb. Dövlət başçısı həmçinin xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görəStrateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir qrup hərbi qulluqçularını “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.