• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 21.08.2024 19:13

Parataekvondoçu millimizin medal ümidlərindəndir

KepezTV Player

İkinci dəfədir ki, paralimpiya oyunlarına lisenziya qazanan Nizami yurdunun yetirməsi ölkəmizi Fransada 70 kq çəkidə təmsil edəcək. 12 ildir bu idman növü ilə məşğul olan İmaməddin ilk dəfə qatıldığı Tokio paralimpiadasında uğursuz çıxış edərək oyunları 7-ci sırada tamamlayıb. Ancaq son 3 ildə böyük əzmkarlıq göstərərək əldə etdiyi uğurlarla komandamızın əvəzedilməz simasına çevrilib və hətta Xəlilova Parisdə bayraqdar missiyası da həvalə edilib. Hazırda paralimpiya komandası ilə birlikdə Fransada olan idmançı ona göstərilən etimaddan qürurludur.

26 yaşlı parataekvondoçu 1 qat dünya və 2 qat Avropa çempionudur. Bu nailiyyətlər və bir çox nüfuzlu yarışlarda qazandığı uğurlar onu öz çəkisində dünya reytinqində ilk sıraya daşıyıb. İdmançının arzusu Gəncəyə növbəti dəfə paralimpiya qızılını gətirməkdir.

Paris Paralimpiya Oyunlarında parataekvondo yarışlarında yığmamız 3 idmançı ilə iştirak edəcək. Bu növ üzrə mübarizələr 29-31 avqust tarixlərində keçiriləcək. İmaməddin Xəlilov dayanq üzərinə 30 avqustda çıxacaq. Xatırladaq ki, bu ayın əvvəlində Paris Olimpiya Oyunlarında taekvondoçu Qaşım Maqomedov Azərbaycana gümüş medal qazandırıb.