• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 19.08.2024 20:02

“Problem yoxdur” sənədli filmi nümayiş etdirilib

KepezTV Player

Filmin nümayişindən əvvəl keçirilən təqdimatda, ekran əsərinin özəlliyindən söhbət açılıb.İzləyicilərə əlilliyi olan insanların qarşılaşdıqları çətinliklərin həllinin yalnız şəxsi olmadığı, həm də cəmiyyətin bütün üzvləri üçün əhəmiyyətli məsələ olduğu diqqətə çatdırılıb. Bu kimi filmlərin və tədbirlərin inklüziv cəmiyyətin inkişafı üçün böyük önəm daşıdığı bildirilib.

Elçin Ağazadə - rejissor : Bir neçə il  öncə Alikin tv-lərin birinə müsahibəsini görmüşdüm və  spontan oldu ki  mən bu şəxs haqqında sənədli film çəkməliyəm və belə də oldu.Biz gəldik  Göygöy rayonuna, Aliklə tanış olduq.filmi ərsəyə gətirdik. Hesab edirəm Alik filmdə səmimiyyəti ilə seçilir. Adam təpədən dırnağa səmimidir. Filmə baxdıqda Alik film boyu bizi gah ağladır,gah hüldürür. Hesab edirəm bu fil inklüziv cəmiyyətin inkişafına az da olsa tövhə olacaq.

Təqdimatın ardından, "Problem yoxdur" sənədli filmi nümayiş etdirilib. Filmdə əlilliyi olan Alik Cəfərovun yaşayıb yaratmaq istəyi, şəxsi uğurları və cəmiyyətlə əlaqəsi izləyicilərə çattırılıb. Onun gündəlik həyatındakı fəaliyyəti tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Anar Rzayev - tamaşaçı : Film çox gözəl çəkilib. Həqiqətən də insana çox təsir etdi.Çox böyük burdan bir dərs aldıq.Həyat dərsi aldıq.Ən xoşladığım da o oldu ki   həqiqətən də ruh xoşbəxt olsun, Əsas ruhdur. Cismin elə də  fərqi yoxdur.  Bu gün Alik qardaşımızdan öyrəndiyim o oldu ki  insana sevgi lazımdır. İstər  onu sevsinlər, istəyir sevməsinlər. Əsas dəyər düz yolla yaşamaqdır.

Amid Həsənquliyev - "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri : Həm ağladıq,həm güldük. Filmdə əsas istiqamət ümumi inklüziv cəmiyyətin formalaşmasından gedir söhbət. Yəni bir əlilliyi  olan şəxsə nə dilənçi kimi baxmaq lazım deyil. Onun gücünə , iradəsinə  inanmaq lazımdır. İstər valideynləri olsun, istər dostları olsun,ətra fı olsun, çünki dəstək də önəmlidir. İnanıram ki əlilliyi olan bir şəxsin cəmiyyətə inteqrasiyasına ,onun üçün  cəmiyyətə çıxmağına mütləq ki cəmiyyətin də bir dəstəyi lazımdır.

“Problem yoxdur” sənədli filmi cəmiyyətin müxtəlif təbəqələrinin əlilliyi olan insanlara qarşı daha həssas və dəstəkləyici münasibət sərgiləməsi üçün əhəmiyyətli bir addımdır. Bu tip filmlər inklüziv cəmiyyətin yaradılması istiqamətində irəliləyişə xidmət edir və daha geniş kütlələrin bu mövzuda məlumatlandırılmasına kömək olur.

İlqar Hümbətov - "Fərəh" Sosial İctimai Birliyinin təsisçisi : Ümid edirəm faydalı bir işə əmək sərf etdik, təşkil etdik.Belə bir filmlərin müxtəlif vaxtlarda da çəkilməyinə çalışacağıq ki inklüziv cəmiyyətin yaranmasına fayda verək.

Zivər Xanlarova - İnklüziv təhsil üzrə mütəxəssis : Bu filimdə inklüziv cəmiyyətin inkişafına çox böyük xidmət edir.İnsanlarda həyata bağlılıq,həyata qarşı bir motivasiya yaradır.Düşünürəm ki filmi izləyən insanlar , bu ikinci dəfədir, ilki Bakıda , indi isə Gəncədə və filmi izləyənlərin hər birtində həyata fərqli bir baxış formalaşdı.Hər biri fərqli tərəfdən həyatda bir çətinliklə qarşılaşdıqda ürəkdən problem yoxdur deyə bilirlər.

“Problem yoxdur” sənədli filmi, Bakı və Gəncədən sonra avqust ayının sonuna kimi respublikanın digər şəhərlərində də nümayiş olunacaq.