• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 16.08.2024 17:56

Bundan sonra əmək müqavilələri elektron qaydada bağlanacaq

KepezTV Player

Qanuna əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilən işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən ediləcək. Dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək.

Nihad Muxtarlı - Dövlət Məşğulluq Agentliyinin sədr müavini : Bu fərman əsasən məşğulluq sahəsində və münasibətlərində qanunvericilik rəqəmsal yollarla tənzimlənməsi məsələlərinin həlli istiqamətini özündə ehtiva edir. Bu məqsədlə özünəməşğulluq peşə yönümlü tədbirləri kvotadan əlavə və kvota üzrə iş yerləri, haqqı ödənilən ictimai işlər və bir çox sahələrin elektron sistemdə təkminləşdirilməsi bundan əlavə olaraq kvota üzrə və kvotadan əlavə işyerlərinə göndərişlərin verilməsi, bu müəssədə işləyəcək şəxlər və işəgötürən xüsusi sosial müəssələrin elektron sitemdə vahid uçotunun aparılmasını nəzərdə tutur. Bildiyiniz kimi bunun digər məqsədlərindən biri də ümumi olaraq bu qanunvericilik nəticəsində elektron sitemlərin vahid elektron nəzarət sisteminin və elektron uçot  sisteminin yaradılmasından ibarətdir.

Mütəxəssislər hesab edir ki, əmək kitabçasının yeganə əhəmiyyəti çalışanın stajını göstərməsidir.

Sahib Məmmədov  - hüquqşünas : Təşkilati hüququ formasından asılı olmayaraq, iş yerinin xarakterindən asılı olmayaraq heç bir idarədə əmək kitabçası lazım deyil. Hazırda dünyada hansı ki, biz peçat vururuq o belə yoxdur. QR sistemi var, möhkəmləndirilmiş elektron imza sistemi olan yerdə belə şeylərin hamısı əhəmiyyətini itirib. Əmək kitabçasının dövriyyədə qalması bu gün həm biznesə həm də dövlətə xeyli xərclərə səbəb olur. Məsələn Rusiyada hesablamışdılar bunu, 50 milyard rubl biznes itirirdi, 12 milyard rubl deyək ki, dövlət.

Dövlət Məşğulluq Agentliyindən əlavə edilib ki, vahid sistem vasitəsilə xüsusi dəstəyə ehtiyacı olan, işaxtaran və xüsusilə iş tapmaqda çətinlik çəkən şəxslərin əmək bazarına interqasiyası da təmin olunacaq. Rəqəmsal inkişafın təkminləşdirilməsi qarşıda duran əsas məqsədlərdən sayılır.

Nihad Muxtarlı - Dövlət Məşğulluq Agentliyinin sədr müavini : Bildiyimiz kimi məşğulluq sahəsində daim yenilənən qanunvericiliklərə və yenilənən təkminləşdirilmələrə uyğun olaraq hər zaman proaktiv qaydada xidmətlərin göstərilməsinə üstünlük təşkil edir və bu sahədə əmək və əhalinin sosial müdafiəsi nazirliyinin 159 xidmətindən 145-i və ya 90 faizi artıq tam olaraq elektronlaşdırılmışdır. Və 50- ə yaxın xidmət artıq proaktiv qaydada həyata keçirilir. Bunun əsas məqsədi də əhaliyə vahid şəkildə birbaşa olaraq elektron sistem üzərindən rahat və əlçatan şəkildə xidmətlərin göstərilməsinən ibarətdir.

Bu qanun qüvvəyə mindiyi günədək bağlanılan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.