• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 946
— 15.08.2024 20:09

İtkin şəhidlər dəfn ediliblər

KepezTV Player

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilov, Cavanşir Ərşad oğlu Hüseynov və Tahir Şirin oğlu Şirinovun nəşləri Abşeronun Mehdiabad qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub. 32 ildən sonra meyitinin qalıqları tapılan digər şəhid Yarıyev Qənbər Teymur oğlunun nəşi Salyanda şəhidlər xiyabanında,şəhid Camaləddin İbad oğlu İbrahimov Bakının Əmircan kənd qəbiristanlığında torpağa tapşırılıb.Kəlbəcərdə itkin düşmüş Zeynalova Təranə Davud qızının nəşinin qalıqları Bərdə rayonunda Şəhidlər xiyabanında dəfn edilib.